“Son sutkada Ukraynada Rusiya ordusunun 300 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 55 110-a çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 227 tank, 4 748 zirehli döyüş maşını, 1 340 artilleriya sistemi, 318 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 253 təyyarə, 217 helikopter, 932 PUA, 239 qanadlı raket, 15 gəmi, 3 610 avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir.

Bizim Facebook səhifəmizə abunə olun

Daxil olundu: 21.09.2022 » Oxundu: 333
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!