"Müharibə başlayandan indiyədək Ukrayna Prezidenti Volodimir Zelenskini beş dəfə öldürməyə cəhd ediblər".

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oliksiy Danilov bildirib.

Danilovun sözlərinə görə, onların hamısı fevralın sonu, martın əvvəllərində törədilib.

Eyni zamanda, Danilov sui-qəsd cəhdlərinin təfərrüatlarını açıqlamayıb.

Bundan əvvəl polis Ukrayna rəhbərliyinə qarşı planlaşdırılan terror aktının qarşısını alıb.

Daxil olundu: 18.06.2022 » Oxundu: 32
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!