Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2 dekabr 2020-ci il (https://president.az/articles/48356) və 3 dekabr 2020-ci il (https://president.az/articles/48455) tarixli Sərəncamlarına əsasən, Azərbaycanda hər il sentyabrın 27-si Anım Günü, noyabrın 8-i isə Zəfər Günü kimi qeyd ediləcək.
Vətən müharibəsi zamanı Cənab Prezident “Əl-Cəzirə”, “Əl-Ərəbiyyə”, “TRT-Haber”, “Pervıy kanal”, “CNN türk”, “Euronews”, “Sky news” “Haber Global”, “Haber türk”, “France 24”, “NTV”, “A Haber”, “TASS”, “Fox news”, “Rai -1”, “İnterfaks”, “ARD”, “EFE”, “BBC news”, “La Repubblica”, “Fiqaro”, “Nikkei” kimi onlarla müxtəlif xarici Kütləvi İnformasiya Vasitələrinə ‒ müxtəlif ölkələrin aparıcı televiziya kanallarına, informasiya agentliklərinə, qəzetlərə çoxsaylı müsahibələr vermiş, Qarabağ həqiqətlərini bir daha dünyaya çatdırmışdır.
27 sentyabr 2020-ci ildən 10 noyabr 2020-ci il tarixinə qədər davam edən II Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusu həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.
27 sentyabr 2020-ci il tarixindən 29 oktyabr 2020-ci il tarixinə qədər erməni silahlı qüvvələri Tərtər şəhərinə 15 min 500-ə yaxın mərmi atıb. Statistikaya görə, təkcə bir gün ərzində Tərtərə 2280 mərminin atılması da məlumdur.
44 gün davam edən Vətən müharibəsində yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olmuş Arəstə Baxışova müharibənin ilk və tək qadın şəhidi oldu.
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və filiallarının əməkdaşları Milli Ordumuzun Azərbaycanın ərazi bütövlüyü uğrundakı uğurlu əməliyyatları ilə həmrəylik nümayiş etdirmək məqsədilə könüllü olaraq maaşlarının bir hissəsini Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna ianə ediblər. Beləliklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ADPU 100 000 manat, ADPU-nun filialları isə 38742 manat vəsait köçürüb.
44 günlük Vətən müharibəsində ADPU-nun da onlarla məzunu iştirak etmiş, qəhrəmanlıqlar göstərmişdir. Onlardan Tahirov Firdovsi, baş leytenant Abbasov Ağaqardaş və Əzizov Elgün, leytenant Nəbiyev Orxan, Baxışova Arəstə, Lətifov Rəvan, Nüsrətli Ceyhun, Ömərov Qoşqar şəhidlik zirvəsinə yüksəlmişdir. (https://www.muallim.edu.az/news.php?id=13828)
Cənab Prezidentin müvafiq Sərəncamları ilə ADPU-nun Vətən müharibəsində iştirak etmiş məzunları Əsgərzadə Elmin Vahid oğlu “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”, Məmmədov Ümid Rauf oğlu “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə”, Cahangirov Vüsal Cahangir oğlu “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə”, İxtiyarlı İxtiyar Səfər oğlu isə “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş hərbi qulluqçular sırasında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıq göstərərək şəhid olmuş 16 müəllimimiz də var.
Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndinə əsasən, “Zəfər” və “Qarabağ” ordenləri, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunmuşdur.
9 dekabr 2020-ci il tarixindən 30 dekabr 2020-ci il tarixinə kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə 83 hərbi qulluqçu “Vətən Müharibəsi Qəhrəmanı” adı, 33 nəfər “Zəfər” ordeni, 204 nəfər “Qarabağ” ordeni, 3 nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə”, 9 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 331 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 105 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 288 nəfər “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər. Bundan başqa, 3598 nəfər “Vətən uğrunda”, 622 nəfər “İgidliyə görə”, 1113 nəfər “Döyüşdə fərqlənməyə görə”, 5449 nəfər “Cəsur döyüşçü”, 12 519 nəfər “Cəbrayılın azad olunmasına görə”, 13 953 nəfər “Füzulinin azad olunmasına görə”, 7991 nəfər “Xocavəndin azad olunmasına görə”, 3549 nəfər “Zəngilanın azad olunmasına görə”, 3572 nəfər “Suqovuşanın azad olunmasına görə”, 9376 nəfər “Qubadlının azad olunmasına görə”, 4646 nəfər “Şuşanın azad olunmasına görə”, 5203 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 2267 nəfər “Ağdamın azad olunmasına görə”, 5775 nəfər “Laçının azad olunmasına görə” medalları, 1981 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunublar. Beləliklə, 9 dekabr ‒ 30 dekabr tarixinə kimi ölkə başçısı 82 670 nəfər hərbi qulluqçunu təltif etmişdir.
- Azərbaycan Respublikası Müdafiə Nazirliyi 11 yanvar 2021-ci il tarixində Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını təqdim etmişdir. Belə ki, siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 21-dək dəfn edilmiş 2841 nəfərin şəkli, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat öz əksini tapmışdır. Qeyd edək ki, hazırda itkin düşmüş hesab olunan 64 hərbi qulluqçunun tapılması, şəxsiyyətinin müəyyən olunması və identifikasiyası üzrə işlər davam etdirilir.
44 gün sürən II Qarabağ müharibəsində erməni silahlı qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində 100-ə yaxın soydaşımız şəhid olub, 400-dən artıq mülki şəxs isə yaralanıb.
10 dekabr 2020-ci il tarixində Bakının Azadlıq meydanında “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilmişdir.
Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnikan, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunmuşdur. Eyni zamanda tarixi Zəfər paradımızda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilmişdir.
Zəfər paradında 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın sayı qədər, (Müdafiə Nazirliyinin açıqladığı ilkin məlumatda şəhid olan hərbçilərimizin sayı 2783 nəfər idi.) yəni 2783 türk əsgəri də iştirak etmişdir.
1 dekabr 2020-ci ildə Ali Baş Komandan İlham ƏliyevAzərbaycan xalqına müraciəti zamanı məhv edilmiş Ermənistan ordusunun texnikalarının statistikasını açıqlayıb: Tank əleyhinə vasitələr - 53 dənə, “Smerç” - dörd dənə, “Qrad” - 97 dənə, “Uraqan” - 2, “YARS” - 1, TOS odsaçan - 1, “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası məhv edildi. “Oborona” radiolokasiya stansiyası - 1 dənə, “TOR” zenit-raket kompleksi - 5 dənə, “Osa” zenit-raket kompleksi - 40 dənə, “KUB” zenit-raket kompleksi - 4 dənə, “KRUQ” zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, “S-125” zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, “Elbrus” əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1, “Toçka-U” raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, “R-142” komanda qərargah maşını - 2 dənə, “Nebo-M” radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, “Reppelent” radio-texniki maneə vasitəsi - 4 dənə. Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları: Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb. (https://president.az/articles/48205)

İlkin Əsgər
ADPU-nun müəllimi

Daxil olundu: 11.02.2021 » Oxundu: 862
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!