AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Qurbanovanın ingilis dilinin fonetikası əsasında yazdığı «Xarici dilin fonetikası» (Bakı, ADPU nəşriyyatı, 2019, 169 s.) adlı dərs vəsaiti nəşr olunmuşdur. Kitabın elmi redaktoru tanınmış fonoloq, filologiya üzrə elmlər doktoru, professor Fəxrəddin Veysəlli, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Nailə Sadıqova və filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Abdullayevadır.
Dərs vəsaitində ingilis dilinin fonetikasından bəhs olunur. Auditoriyada ingilis dilini öyrənən tələbələrə ingilis dilində tələffüzün inkişaf etdirilməsinə kömək etmək üçün nəzərdə tutulmuşdur. Dərs vəsaitindən ali məktəb tələbələri, magistr, doktorant və ingilis dilinin fonetikası ilə məşğul olan mütəxəssislər faydalana bilərlər.

Kriteri.az

Daxil olundu: 08.05.2019 » Oxundu: 2170
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!