AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Nəriman Seyidəliyev, BDU-nun mərhum professoru Bayram Əhmədov və filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərovun «İxtisarlar lüğəti» (Bakı, Elm nəşriyyatı, 2019, 232 s.) kitabı işıq üzü görmüşdür. Kitabın elmi redaktoru tanınmış lüğətçi, filologiya üzrə elmlər doktoru, professor İsmayıl Məmmədli, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Qara Məşədiyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərəmli və filologiya üzrə fəlsəfə doktoru, dosent Aqil Cəfərovdur.
Lüğət uzun illər toplanmış, bütün sahələri əhatə edən 5500-dən artıq mürəkkəb adların ixtisarından ibarətdir. Ön sözdə Azərbaycan dilində olan qısaltmaların yazılış və oxunuş qaydaları geniş şəkildə şərh edilmiş, həmçinin hər bir ixtisarın qarşısında onun açılışı verilmişdir. Kitab mütəxəssislərlə yanaşı, geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulmuşdur.

Kriteri.az

Daxil olundu: 19.09.2019 » Oxundu: 1987
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!