Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində daha bir tədbir Lənkəran rayonundakı Mamusta kənd mədəniyyət evində reallaşıb.

Lənkəran İcra Hakimiyyəti başçısının Mamusta kənd ərazi nümayyəndəsi Cavad Şahbazovun, Mamusta bələdiyyəsinin sədri Kazım Fətullayevun, Qarabağ Veteranları Cəmiyyəti Lənkəran bölməsinin sədri Saleh Dostiyevin, Çernobl Əlilləri İctimai Birliyinin Lənkəran rayon təşkilatının sədri Azad Ağayevin, şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynovanın, şəhid Afərin Qulamzadənin anası Təranə Qulamovanın, şəhid Famil Hüseynovun atası Ağaverdi Hüseynovun, rayonun tanınmış yazıçı və şairlərin, yerli KİV nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan “Yayım” Assosiasiyası İctimai Birliyinin sədri, “Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbirlərin təşkili” layihəsinin rəhbəri Yaşar Zeynalov həyata keçirilən layihənin mahiyyəti, qaldırılan problemin həlli istiqamətində gənc nəslin  rolu barədə məlumat verib.  

Natiq ölkə Pprezidenti, Ali Baş Komandan İlham Əliyevin, dünya şöhrətli, tanınmış şəxsiyyətlərin çıxışlarından sitatlar gətirərək kitabın, mütaliənin insan şüurunda müsbət irəliləyişlərin yaranmasına səbəb olduğunu qeyd edib. Layihə rəhbəri çıxışı zamanı kitabların gənc nəsldə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına mühüm təsir göstərdiyini, onların dünyagörüşünü zənginləşdirdiyini, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərini aşıladığını vurğulayaraq, müasir dövrdə cəmiyyətimizdə mütaliə mədəniyyətinin inkişafının xüsusi önəm daşıdığını vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona bölməsinin sədr müavini Ağamir Cavad cari ilin əvvəlindən bu layihədə yaxından iştirak etdiklərini və cənub bölgəsinin bütün yazarlarını yazıçı-oxucu görüşlərinə cəlb etdiklərini bildirib. Aqillərin kitabı bilik, zəka, idrak mənbəyi, kamillik vasitəsi hesab etdiyini xatırladan A.Cavad, kitab oxumağın insanın ruhunu qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran çox əhəmiyyətli bir vasitə olduğunu deyib.

Şairlərdən Mübariz Süleymanlı, Ziyafət Yəhya, Əhməd Haqsevər, Kamran Bağırlı kitab oxumaqla bağlı tövsiyələrini bildiriblər, aqillərdən misallar gətiribər, Vətənə, Qarabağa və digər mövzulara aid yeni şeirlərini oxuyublar.

Tədbirin təşkilatçısı, şəhid Famil Hüseynov adına Mamusta Folklor Evinin direktoru Nurlana İbrahimova, Kənd Ağsaqqallar Şurasının sədri Mirzağa Qurbanov, şəhid anaları Sevil Hüseynova və Təranə Qulamova kitab oxumağın vacib olduğiunu qeyd edərək belə bir tədbirin Mamusta kəndində keçirildiyinə görə “Yayım” Assosiasiyası İctimai Birliyinin rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.

Tədbir zamanı Yayım Assosiasiyası tərəfindən iştikakçılara kitab və “Yeni Nəşrlər” kitab-kataloqu hədiyyə edilib.

Tədbir şirniyyat və çay süfrəsi ətrafında davam edib.

Sonda xatirə şəkili çəkilib.

Ağaddin BABAYEV

 

Daxil olundu: 26.07.2022 » Oxundu: 995
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!