May ayının 12-ci Cənubun dilbər guşələrindən olan Cəlilabad rayonunda sahibkarlıqla məşğul olan Sabir Ağacanovun doğum günüdür. Sabir müəllimi heç tanımayan insan belə onu ilk dəfə görəndə sevməyə başlayır. Təbii ki, buna səbəb Sabir müəllimin sadəliyi, səmimiliyi, əsl insani keyfiyyətlərə malik olan xarakteridir. Sabir müəllimlə həmsöhbət olan hər bir insan vaxtın necə tez gəlib keçdiyinin heç fərqinə belə varmır. Çünki onunla ünsiyyətdə olanda adam ondan yalnız müsbət enerji alır və bu insanda əsl insani dəyərlərin canlı şahidi olur. Bütün bu xüsusiyyətlər onu göstərir ki, Sabir müəllim sözün əsl mənasında alicənab, müdrik bir insandır. O həm də böyük vətəndaş, millətini, dövlətini sevən, dövlətçiliyimə sadiq olan bir insandır. Biz də kriteri.az saytının yaradıcı kollektivi olaraq qəlbi daima vətən eşqi ilə döyünən, üzündən, gözündən nur yağan Sabir müəllimi yeni doğum günü münasibətilə ürəkdən təbrik edirik. Uca Allahdan Sabir müəllimə həyatda insan üçün ən vacib nemət sayılan can sağlığı, xoş anlarla dolu bir ömür diləyirik. Dünya durduqca yaşayın, yaradın, var olun, Sabir müəllim!

Kriteri.az

Daxil olundu: 11.05.2019 » Oxundu: 1885
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!