Quba Meyvəçilik və Çayçılıq ETİ resursları Qəbələ Dayaq məntəqəsinin direktoru Səxavət Süleymanov 2019-cu ildən də Məntəqəyə rəhbərlik edir. O, 1972-ci ildə Qəbələ rayonunda anadan olub. 1996-cı ildə Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetini texnoloq-mühəndis ixtisası üzrə bitirib. Elə həmin il təyinatla doğma Qəbələyə göndərilib və rayonun «Qızıl Aypara» Cəmiyyətidə sədr müavini vəzifəsində işə başlayıb. Daha sonra Bakı Yeyinti Sənaye Texnikumunun Qəbələ rayon şöbəsində müəllim və direktor işləyib. Bir müddətdən sonra isə 9 il Qəbələ rayon Turizm və Otelçilik Tədris Mərkəzində müəllim və direktor müavini işləyib.
Qəbələ Dayaq Məntəqəsi haqqında ətraflı məlumat verən Səxavət müəllim qeyd etdi ki, məntəqə 1976-cı ildən fəaliyyət göstərir. Məntəqənin 50 hektar torpaq ərazisi vardır ki, bunun da 20 hektarı fındıq bağıdır. Digəri isə seleksiya, armud, alma bağı, tinglik sahələridir. Burada həmçinin Qızıləhməd alması, müxtəlif gavalı, fındıq, şaftalı və gilas sortları yetişdirilir. Burada hər mövsümdə 15-20 tona yaxın fındıq yığılır. Dayaq məntəqəsinin 50 sot tinglik təsərrüfatı da vardır ki, burada şaftalı sortları və xaricdən gələn ağac sortlarının yetişdirilməsi nəzərdə tutulmuşdur. Yığılmış məhsullar sahibkarlara bazar qiymətinə satılır. Bütün bu işlərin yüksək səviyyədə aparılmasında bitkiçilik institutunun rəhbəri İlham müəllimin və onun müavini Vahid müəllimin xüsusi əməyi vardır.
Səxavət Süleymanov məntəqənin baş aqronomunun, elmi işçisinin, aqrotexnik və mühasibinin işini xüsusi qeyd etdi. Həmçinin bildirdi ki, hörmətli Kənd Təsərrüfatı naziri İnam Kərimov bu ilin aprel ayında Qəbələ rayonuna səfər etmiş, məntəqə ilə hərtərəfli tanış olmuşdur. Cənab nazirin tapşırığı ilə məntəqəyə yeni texnika verilmişdir. Onlardan traktor, dərmançiləyici, kotan, diski, diski-malı, lafet və s. məhsuldarlığın artımı üçün xüsusi ilə əhəmiyyətlidir. Dayaq məntəqəsinin artezian quyusuna da ehtiyacı var. Bu ehtiyacın ödənilməsi üçün sənab nazir sərəncam vermişdir.
Söhbətinə davam edən Səxavət müəllim dedi: «Tumlu meyvələrin yeni sortlarının yetişdirilməsi ilə məşğul olan Quba Elmi-Tədqiqat Bağçılıq və Çayçılıq İnstitutunun Qəbələ Dayaq Məntəqəsi təkcə Qəbələ üçün deyil, qonşu rayonların təsərrüfatları üçün də təcrübə məktəbidir.
45 ildən artıqdır ki, fəaliyyət göstərən məntəqədə tumlu yeni meyvə sortları yetişdirilməklə yanaşı, ölkə prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən baramaçılığı inkişaf etdirmək məqsədilə ipək qurdlarının yem bazasını gücləndirmək üçün 5 minə yaxın tut (çəkil) tingi əkilmişdir.
Məntəqənin daimi işçilərindən başqa mövsümi işlərdə bağlarda xidmət göstərmək üçün xeyli sayda əlavə işçi cəlb olunur. Bu da işə ehtiyacı olan insanlar üçün çox faydalıdır.
Dayaq məntəqəsinin kənd təsərrüatı üçün əhəmiyyəti böyükdür. Belə ki, bu məntəqə xarici və yerli tumlu meyvə sortlarını yığmaqla məntəqənin ərazisində kolleksiya toplayıb onların keyfiyyətini öyrənir və ən keyfiyyətli sortlar Şəki və Zaqatala bölgəsinə aparılaraq çoxaldılır. Həmin sortların təsərrüfatlarda artırıl- ması təmin edilir. Dayaq məntəqəsinin üstün cəhətlərindən biri də meyvəçiliyin inkişafında yeni məhsuldar bağların salınması üçün bağbanlara tövsiyələrini verməsidir».

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 11.07.2020 » Oxundu: 1266
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!