Təhsil nazirliyinin Təhsildə İnkişaf və innovasiyalar üzrə keçirtdiyi qrant layihələr artıq altıncı ildir ki,müxtəlif layihə və ideyalara dəstək verərək təhsil üçün çox önəmli formatda həyata keçirilir.Ölkə təhsili üçün önəmli olan bu müsabiqədə Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi artıq 3 ildir layiqli şəkildə təmsil olunur.Belə ki,məktəb direktoru Gülnurə Babaşovanın təqdim etdiyi layihələr iki il ardıcıl məktəb layihəsi kimi,bir ildə fərdi layihə kimi Sabir qəsəbə tam orta məktəbi müsabiqəni qazanmaqla ön plana çıxarmağı bacarıb.Hal hazırda məktəb artıq 3-cü layihəsini reallaşdırır.Bu layihə digər iki layihədən beynəlxalq layihə olmaqla seçilir.Sabir qəsəbə tam orta məktəbin bu il fərdi kateqoriya üzrə qazandığı “Yenilənən məktəb modelləri üçün müəllimin aktiv öyrənmə strategiyaları”adlı layihə Türkiyə və Azərbaycan müəllimlərinin qarşılıqlı təlimləri sayəsinə həyata keçiriləcək.Belə ki,40 azərbaycan müəllimi Türkiyənin MEF Universiteti və ADPU-nun peşkar təlimçilərindən 4 Modul üzrə əyani və onlayn təlim alacaqlar. Layihənin məqsədi: məktəblərin məzmun və effektivlilik baxımından yenilənməsi üçün müəllimlərin, aktiv öyrənmə strategiyaları olan layihə əsaslı öyrənmə, məzmun əsaslı öyrənmə, 4K bacarıqlarını (ünsiyyət, əməkdaşlıq, yaradıcı və tənqidi yanaşma bacarıqları) nəticəyə yönləndirmə və güncəlləşən İKT bacarıqları hesabına tədris resursları yaratma istiqamətində metodik xidmətlər verməkdir.Hər il olduğu kimi bu ildə təlimə maraq göstərən müəllimlrə 4 ay müddətində yuxarıda qeyd olunmuş istiqamətlər üzrə təlimlər veriləcək.

Kriteri.az

Daxil olundu: 16.01.2023 » Oxundu: 67
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!