YYSİB Qobustan şəhərində layihə və e-Zəfərnamə e-kitab silsiləsinin ilk real təqdimatı baş tutdu. Tədbir “Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması” – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində təşkil olunmuşdu. 7 iyun 2024-cü il tarixində, Qobustan şəhərində II Qarabağ – Vətən müharibəsində qazanılan Zəfər haqqında YYSİB-nin kreativ layihəsi çərçivəsində silsilə tanıtım aksiyaların birincisi – ədəbi-poetik, ictimai-poetik məzmunlu elektron kitablarin tanıtım və təqdimat mərasimi kecirilib.
Dağlıq Şirvan Regıonal Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon MKS-nin Mərkəzi kitabxananınAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qobustan Mərkəzi Kitabxana sisteminə daxil olan kitabxanaların rəhbərləri və aparıcı mütəxəssislərinin – əməkdaşlarının, şəhər yaradıcı şəxslərin və Bakıdan gələn qonaqların iştirak etdiyi tədbir II Qarabağ – Vətən müharibəsi zamanı qazanılan Zəfər, Böyük Qələbə və ədəbiyyat mövzusunda təşkil olunmuşdur.
Tədbirdə YYSİB sədri, Prezident təqaüdçüsü, layihə rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, AYB üzvü, Prezident təqaüdçüsü, şair-publisist Yusif Nazim Ərəbsoy, Qarabağ müharibəsi veteranı, tanınmış yazıçı-publisist Hacı Qəni Camalzadə, kitabxananın müdiri Adilə Cəbrayılova, kitabxananın əməkdaşlarından Sevinc Ağaquliyeva, Xuraman Ağayeva, Xanım Mürsəliyeva, AYB üzvü, şair-publisist Ağatahir Cəbirli, II Qarabağ – Vətən müharibəsi qazisi Ramil Rəcəbov çıxış edərək fikirlərini bölüşmüşlər.
Tədbir “Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması” – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində təşkil olunmuşdu.
Tədbir çərçivəsində Vətən müharibəsi, II Qarabağ savaşı və ədəbiyyat mövzusunda mini-kitab sərgisi, Qarabağ veteranı, tanınmış yazıçı-publisit Hacı Qəni Camalzadə ilə oxucuların görüşü, oxucular və kitabxanaların əməkdaşları ilə maraqlı müzakirə, təqdimatlar baş tutdu.
YYSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilovun bildirdi ki, reallaşdırılan ikiaylıq layihə 1 may – 31 iyun 2024-cü il tarixlərini əhatə edir və geniş fəaliyyət planına malikdir. Müxtəlif tədbirlər, virtual aksiyalar, e-sərgilər, sosial şəbəkələrdə kampaniyalarla yanaşı, təməli qoyulan “e-Zəfərnamə” silsiləsini təşkil edəcək 24 elektron kitabın rəqəmsallaşdırılaraq ictimai yayımı, eləcə də Azərbaycanda Qarabağ – II Vətən müharibəsi haqqında ədəbiyyat, İnternet resursları, elektron kitabxana, e-nəşrlər sahəsində boşluqları doldurmağa yönəlib.

Hidayət – Ayxan Əbilli
YYSİB sədr müavini, YYSİB Analitik-İnformasiya Bölümünün əməkdaşı

Daxil olundu: 14.06.2024 » Oxundu: 59
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!