Tovuz Peşə Liseyinin direktoru Tanırverdi Tanırverdiyev 2016-cı ilin iyun ayından bu vəzifəyə təyin edilib.
Zəngin tərcümeyi-hala malik olan Tanırverdi müəllim şərəfli bir ömür yolunun yolçusudur. O, 1995-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində dünyaya gəlib.
1972-ci ildə rayonun A.S.Puşkin adına orta məktəbini bitirib. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Tanırverdi müəllim 1972-74-cü illərdə Tovuz rayonunun "Telman" adına sovxozunda çalışıb. 2 illik hərbi xidmətdən sonra Azərbaycan Kənd Təsərrüfatı institutuna (indiki Aqrar universiteti) qəbul olub və 1982-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirərəl təyinat əsasında həmin institutun Meyvəçilik kafedrasında baş laborant vəzifəsinə təyin edilib.
Bir neçə ildən sonra həmin kafedrada asissent işləyən Tanırverdi müəllim 1989-cu ildə elmi iş müdafiə edərək Kənd Təsərrüfatı elmləri namizədi dərəcəsinə layiq görülüb. Daha sonra Meyvəçilik və subtropik bitkilər kafedrasının müdiri vəzifəsində çalışıb.
1994-cü ildən sonra əmək fəaliyyətini Tovuz rayonu ilə bağlayan Tanırverdi müəllim burada müxtəlif illərdə rayon İcra Hakimiyyəti başçısının humanitar məsələləri üzrə müavini, Tovuz rayon Aqrar Sənaye Kombinatının baş direktoru, rayon İcra Hakimiyyəti başçısının aqrar sahə üzrə müavini, Qovlar qəsəbəsində yerləşən Yeyinti-Sənaye institutunda tədris işləri üzrə propektor, AMEA-nın Genetik Ehtiyatlar institutunun dayaq məntəqəsində böyük elmi işçi, Tovuz Dövlət Sosial İqtisad kollecində direktor vəzifələrində çalışıb. Daha sonra Samux Ərazi Kənd Təsərrüfatı idarəsinə rəis təyin olunan Tanırverdi müəllim Yevlax, Goranboy, Göygül, Daşkəsən və Samux rayonlarında kənd təsərrüfatının dinamik inkişafı üçün xüsusi səy və bacarıq nümayiş etdirib.
2016-cı ilin yanvar ayında idarənin öz fəaliyyətini dayandırması ilə əlaqədar olaraq işdən çıxan Tanırverdi müəllim elə həmin ildən Peşə liseyinə rəhbərlik edir.
Tovuz Peşə liseyi 1996-cı ildən fəaliyyət göstərir. Burada traktor-maşınçı, abtomobil təmiri çilingəri, dərzi, elektrik qanaqçısı, elektrik mantyoru, meliorasiya işləri üzrə traktor-maşınçı və digər ixtisaslar tədris edilir. Məktəbdə hazırda 235 şagırd peşə təhsili alır ki, onların təlim-tərbiyəsi ilə 52 müəllim məşğul olur. Məktəbin təcrübəli və bacarıqlı müəllimləri sırasında Fəxrəddin Məmmədovun, Təranə Musayevanın, Elxan İsmayılovun, Yaşar Məmmədovun, Zenfira Məmmədovanın, Bilal Məmmədovun, Allahverdi Allahverdiyevin və digərlərinin adını çəkmək yerinə düşərdi.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Novruz bayramı şənliyində

Liseyin direktoru Tanrıverdi müəllim liseyin 37/2 saylı traktorçu qrupunun tələbəsi Rövşən Qasımovu qol qüvvəsi uğuruna görə təbrik edərkən

 

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 01.04.2019 » Oxundu: 1551
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!