6 yaşlı “Kalkulyator insan” – Ruslan Səfərov Rusiyanı heyrətləndirdi

6 yaşlı “Kalkulyator insan” – Ruslan Səfərov Rusiyanı heyrətləndirdi

“Rossiya 1” kanalının “İnanılmaz insanlar” layihəsinin budəfəki əsas qəhrəmanı 6 yaşlı azərbaycanlı uşaq Ruslan Səfərov olub. Ruslan Səfərov riyazi bilikləri ilə hər kəsi heyrətləndirib. O, verilişə çıxaraq aparıcıların suallarını cavablandırıb. Səfərovun cavabı isə münsif və zalda oturan tamaşaçıları təəccübləndirib. Qusar rayonundan proqrama qatılan Ruslan özünü “Kalkulyator insan” adlandırıb.

ƏTRAFLI

İş adamının həyat yoldaşına hökm oxundu

İş adamının həyat yoldaşına hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta sənəd düzəltməkdə, iş adamı olan həyat yoldaşına qarşı dələduzluqda və polisə müqavimətdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, T. Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum olunub. Zamində olan T. Abdullayeva məhkəmə zalında həbs edilib. Qeyd edək ki, T.Abdullayeva həyat yoldaşı Barat Abdullayevin şikayəti əsasında saxlanılıb. Barat Abdullayev şikayətində bildirib ki, arvadı…

ƏTRAFLI

Cəlilabadda 1 yaşlı uşaq anası özünü asdı

Cəlilabadda 1 yaşlı uşaq anası özünü asdı

Cəlilabadda intihar hadisəsi baş verib. Hadisə bu gün axşam saatlarında rayonun Göytəpə şəhərinin Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan gənc ana Fatimə Rəhim qızı Əhmədova həyətdəki tikilidə özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil. Ananın ölümündən sonra 1 yaşlı uşağı qalıb. Faktla bağlı araşdırma aparılır.

ƏTRAFLI

Məhəmmədhüseyn Şəhriyarın biblioqrafiyası işıq üzü gördü

Məhəmmədhüseyn Şəhriyarın biblioqrafiyası işıq üzü gördü

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Mirzə İbrahimov adına Kitab Fondu İctimai Birliyi təşkilatçılığı ilə Çağdaş Güney Azərbaycan ədəbiyyatı nümunələrinin transliterasiyası, redaktəsi və nəşri” layihəsi çərçivəsində “Məhəmmədhüseyn Şəhriyar: Biblioqrafiq göstərici” adlı kitabın təqdimatı keçirilib. Təqdimat mərasimi 18 sentyabr 2017-ci ildə AMEA-nın Əsas binasında Elektron Akt Zalında təşkil edildi. Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Məhəmmədhüseyn Şəhriyara…

ƏTRAFLI

Talış dilində ü/u səsi

Talış dilində ü/u səsi

Rasim Heydərov filologiya üzrə fəlsəfə doktoru, dosent AMEA Nəsimi adına Dilçilik İnstitutunun «Monitorinq» şöbəsinin aparıcı elmi işçisi İndiyə qədər talış dilinin fonetikası barədə kifayət qədər yazılsa da hələ də mübahisə doğuran məsələlər az deyil. Buna səbəb isə heç şübhəsiz, bu dilin fonetik sisteminin eksperimental tədqiqata cəlb edilməməsidir. Digər tərəfdən, talış dili səsləri çox vaxt Azərbaycan dili səsləri ilə eyniləşdirilir bu isə öz növbəsində ciddi anlaşılmazlıqla nəticələnir. Nəzərə almaq lazımdır ki, müxtəlif dillərin səsləri oxşar olsa…

ƏTRAFLI

Bakıda dəhşətli intihar – Özünü 17-ci mərtəbədən atdı

Bakıda dəhşətli intihar – Özünü 17-ci mərtəbədən atdı

Bakıda dəhşətli intihar hadisəsi baş verib.  Naməlum şəxs özünü Nəsimi rayonu ərazisində, Akademik Mirəli Qaşqay küçəsi 36 ünvanındakı 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib. İntihar edən şəxsin 30-35 yaşlı kişi olduğu və həmin ünvandakı binada yaşamadığı bildirilir. Hadisə şahidləri bildiriblər ki, həmin şəxs sakinlərdən birinin kodlu qapını açaraq binanın dəhlizinə daxil olması zamanı fürsətdən istifadə edərək içəri keçib və vaxt itirmədən liftlə yuxarı qalxaraq özünü atıb. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda…

ƏTRAFLI

Abşeron Rayon Təhsil Şöbəsi: Masazırdakı müəllim çatışmazlığı problemi tezliklə həll olunacaq

Abşeron Rayon Təhsil Şöbəsi: Masazırdakı müəllim çatışmazlığı problemi tezliklə həll olunacaq

Abşeron Rayon Təhsil Şöbəsi Masazır kənd 4 nömrəli tam orta məktəbdəki müəllim çatışmazlığı məsələsinə münasibət bildirib. Təhsil Şöbəsindən verilən məlumata görə hazırda Abşeron rayon Təhsil Şöbəsi müəllimlərin işə qəbul imtahanından müvafiq bal toplamış müəllimləri Masazır kənd 4 nömrəli tam orta məktəbdəki vakant yerlərə yerləşdirir. Mövcud məsələ ən qısa zamanda həll olunacaq. Qeyd edək ki, Bakının Masazırda yerləşən 4 nömrəli tam orta məktəbdə rus bölməsi olsa da, şagirdlərə dərs deyəcək müəllimlər yoxdur. Valideynlər bildirib ki, dərslərin bir…

ƏTRAFLI

Masallı sakini bibisi oğlunu döyərək qətlə yetirib

Masallı sakini bibisi oğlunu döyərək qətlə yetirib

Ötən gün Masallı rayonunda döyülən şəxs xəstəxanada ölüb. Hadisə Masallının Qızılağac kəndində qeydə alınıb. Kənd  sakini, 1987-ci il təvəllüdlü Afiq Rafiq oğlu Allahverdiyev dayısı oğlu Vüsal Rüfət oğlu Hüseynov tərəfindən döyülüb. Ağır vəziyyətdə  Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan A. Allahverdiyev orada dünyasını dəyişib. Hadisəni törədən şəxs saxlanılıb. Fakt araşdırılır.

ƏTRAFLI

Lənkəranda tələbə bıçaqlanıb

Lənkəranda tələbə bıçaqlanıb

Lənkəranda tələbə universitetin həyətində bıçaqlanıb. Hadisə Lənkəran Dövlət Universitetinin (LDU) həyətində baş verib. Belə ki, universitetin 3-cü kurs tələbəsi Zəka Həmidov tələbə yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan “Report”un yerli bürosuna bildirilib ki, yaralı çoxlu qan itirib və vəziyyəti ağırdır. Lənkəran Dövlət Universitetinin tələbəsi Zəka Həmidov hələlik kimliyi məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Rayon Mərkəzi Xəstəxanasına çatdırılan tələbənin vəziyyətinin orta-ağır olduğu deyilir. Fakt araşdırılır.

ƏTRAFLI
1 2 3