Çaylarda suyun səviyəsi azalıb

Çaylarda suyun səviyəsi azalıb

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-120, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara çaylarında 20-40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Tranzit çaylarda hazırki vəziyyət Aprelin 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 305 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 300 m3/s olmaqla ongünlük…

ƏTRAFLI

Göyçayda təbiətə dörd min manatdan artıq ziyan vurulub

Göyçayda təbiətə dörd min manatdan artıq ziyan vurulub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib. Bu barədə ETSN-nin mətbuat xidmətindən məlumat verilib. Keçirilən reyd zamanı rayonun Qızılağac kəndi ərazisində 4-14 sm diametrliyində 43 ədəd akasiya ağacının yandırılaraq kökündən kəsildiyi və təbiətə 4390 manat ziyan dəydiyi aşkar edilib. Hazırda təqsirkarın müəyyən olunması istiqamətində araşdırma aparılır.

ƏTRAFLI

Azərbaycanda 3 ay ərzində 148 nəfər İİV-ə yoluxub

Azərbaycanda 3 ay ərzində 148 nəfər İİV-ə yoluxub

Bu ilin 3 ayı ərzində İİV-ə yoluxması yeni aşkar olunanların sayı 148 nəfər təşkil edib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, İİV-ə yoluxanlardan 145-i (98%) Azərbaycan vətəndaşı, 3-ü (2%) isə əcnəbilərdir. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 1 aprel 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6903 nəfər qeydiyyata götürülüb. Onlardan 6680-i (96,8%) Azərbaycan vətəndaşı, 223-ü…

ƏTRAFLI

Makron Putinə zəng etdi

Makron Putinə zəng etdi

Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinə zəng edib. Telefon danışığı zamanı liderlər İranla nüvə razılaşması ilə bağlı məsələni müzakirə ediblər. Makron, həmçinin Putinə ABŞ səfəri ilə bağlı məlumat da verib. Kriteri.az

ƏTRAFLI

Müavinət artırıldı

Müavinət artırıldı

Beşdən çox uşağı olan qadınlara müavinətin miqdarı 30 manatdan 33 manata qaldırılıb. Kriteri.az xəbər verir ki,  bu,  Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb. Bu Fərman 2018-ci il martın 1-dən tətbiq edilir. Qeyd edək ki, bu fərman “Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında” Azərbaycan prezidentinin 2018-ci…

ƏTRAFLI

Sağlamlığı qorumaq hər bir həkimin ümdə borcudur

Sağlamlığı qorumaq hər bir həkimin ümdə borcudur

Salyan Rayonlararası Şorsulu Əsəb-Nevroloji Xəstəxanasının baş həkimi Allahverdi Bəylərov 2 may 1959-cu ildə Ağdam rayonunda anadan olub. 1982-ci ildə Azərbaycan Tibb Universitetini terapiya ixtisası üzrə bitirmişdir. 1984-1992-ci illərdə Ağdam Mərkəzi Rayon Xəstəxanasında həkim işləyib. 2000-ci ildə ixtisasdəyişmə kursunu keçərək “Psixiatr” ixtisasına yiyələnib. 1992-95-ci illərdə Ağdamda cəbhə bölgəsində olub. 1996-cı ildən isə Daxili İşlər Nazirliyində həkim işləyib. 2000-2015-ci illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində həkim-ordinator və şöbə rəisi işləyib. Ədliyyə mayorudur. 2017-ci ilin avqust ayından hazırda işlədiyi…

ƏTRAFLI

Şərəfli olduğu qədər məsuliyyətli olan müəllimlik peşəsi

Şərəfli olduğu qədər məsuliyyətli olan müəllimlik peşəsi

Xudayar Sultanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının direktorudur. O, 2011-ci ilin may ayından bu vəzifəyə təyin olunub. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə «Tərəqqi medalı» ilə təltif edilmişdir. Qısa arayış üçün deyək ki, Xudayar müəllim 1964-cü ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində almışdır. Hələ məktəb illərindən elmə, təhsilə olan bağlılığı onu ali təhsil almağa və daha sonra təhsilini davam etdirərək alimlik dərəcəsi almağa sövq etmişdir….

ƏTRAFLI

Cəlilabad səhiyyəsi günü-gündən inkişaf edir…

Cəlilabad səhiyyəsi günü-gündən inkişaf edir…

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İlham Əliyev 5 sentyabr 1958-ci ildə rayonun Pakrovka kəndində anadan olmuşdur. O, 1985-ci ildə Azərbaycan Tibb Universitetini cərrahlıq ixtisası üzrə bitirmişdir. İlham həkim oxuduğu Azərbaycan Tibb Universitetində 1 il internaturanı keçdikdən sonra elə həmin vaxtdan Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında 25 il cərrah işləyib. Hazırda isə o, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir. Məlumat üçün qeyd edək ki, Cəlilabad Mərkəzi Rayon Xəstəxanası 2013-cü ildə əsaslı təmir olunub. Rayonda 117 kənd…

ƏTRAFLI

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri- ARAŞDIRMA

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri- ARAŞDIRMA

Zəngin milli-mənəvi dəyərlərə və ənənələrə malik Azərbaycan tarixən çox konfessiyalı məkan olmuşdur. Müxtəlif dinlərin nümayəndələri ölkəmizdə özlərinə daimi sığınacaq tapmışlar. Tarixin ayrı-ayrı dövrlərində Azərbaycanda müxtəlif dini etiqadlar-bütpərəstlik, zərdüştlük, xristianlıq və s. mövcud olmuşdur. VII əsrdən başlayaraq Azərbaycanda islam dini yayılmağa başlamış və zaman-zaman bu din əhali arasında hakim dinə çevrilmişdir. İslam dininin xalqımızın formalaşmasında, milli-mənəvi dəyərlərimizin zənginləşməsində misilsiz rolu olmuşdur. Xalqımız daim bu dini etiqada sadiq olmuş, onun dəyərlərini qorumuş və yaşadaraq gələcək nəslə ötürmüşdür….

ƏTRAFLI

DİLÇİLİK ELMİNƏ DƏYƏRLİ TÖHFƏ

DİLÇİLİK  ELMİNƏ  DƏYƏRLİ  TÖHFƏ

Uzun illər ərzində  dilçilik elmin bir çox sahələrinin sistemli şə­kildə araşdırılması onun formalaşmasına və inkişafına tə­kan vermişdir. Bu inkişafla bağlı mütəxəssislər və elmi-tədqiqatla məşğul olan tədqiqatçıların araşdırmaları dil ba­zasının genişlənməsinə, yeni terminlərin, anlayışların ya­ran­masına səbəb olur. Məhz buna görə də, elmin bütün sahə­lərində çalışan tədqiqatçıların normativ sənədlərin tər­tibi zamanı qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq,  zəruri ehtiyaclarını təmin etmək məqsədilə elmi fəaliyyətdə istifadə olunan, elmi bazanı (termin, məfhum anlayışları əhatə edən) özündə əks etdirə bilən lüğətlərin ana…

ƏTRAFLI
1 2 3