6 yaşlı “Kalkulyator insan” – Ruslan Səfərov Rusiyanı heyrətləndirdi

“Rossiya 1” kanalının “İnanılmaz insanlar” layihəsinin budəfəki əsas qəhrəmanı 6 yaşlı azərbaycanlı uşaq Ruslan Səfərov olub.

Ruslan Səfərov riyazi bilikləri ilə hər kəsi heyrətləndirib. O, verilişə çıxaraq aparıcıların suallarını cavablandırıb.

Səfərovun cavabı isə münsif və zalda oturan tamaşaçıları təəccübləndirib.

Qusar rayonundan proqrama qatılan Ruslan özünü “Kalkulyator insan” adlandırıb.