May ayında dünya üzrə temperatur son illərin orta göstəricilərini üstələsə də, yola saldığımız yaz Avropada son 8 ilin ən soyuq yazı olub.

TASS xəbər verir ki, bu barədə Avropanın “Copernicus” peyk monitorinqi proqramının məlumatında deyilir.

“Yazda Avropada orta temperatur 1991-2020-ci illərin analoji dövrünün orta göstəricilərindən 0,45 dərəcə Selsi aşağı olub. Beləliklə, bu, 2013-cü ildən bu yana Avropada ən soyuq yaz olub”, - məlumatda deyilir. Bununla yanaşı o da qeyd olunur ki, 2021-ci ilin mayında dünya üzrə orta temperatur 1991-2020-ci illərin eyni ayının göstəricilərindən 0,26 Selsi yüksək olub. Buna baxmayaraq, bu il Avropada yazın son ayının temperaturu 1991-2020-ci illərin orta göstəricisindən 0,46 dərəcə aşağı olub.

Daxil olundu: 07.06.2021 » Oxundu: 581
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!