Yaxın günlərdə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olacaq.

Bunu Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

O bildirib ki, E.Blinken həmçinin Ermənistanın XİN başçısı Ararat Mirzoyanla da danışacaq.

Qeyd edək ki, tərəflər arasında sonuncu üçtərəfli görüş ötən ilin noyabrında Nyu-Yorkda keçirilib.

Daxil olundu: 05.01.2023 » Oxundu: 60
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!