Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkək təşəbbüsünü rəğbətlə qarşılayan Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları dekabrın 6-da keçirilən ağacəkmə kampaniyasına ciddi hazırlıqla gəliblər. Ağstafa Regional Mədəniyyət İdarəsinin Ağstafa, Tovuz və Qazax rayonlarının mədəniyyət müəssisələrinin əməkdaşları səhər saatlarında qabaqcadan təyin olunan ərazilərdə ağac əkiblər.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin KİV və sosial
şəbəkələrlə iş üzrə məsul əməkdaşı, mətbuat katibi

Daxil olundu: 09.12.2019 » Oxundu: 1557
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!