Ağstafa Regional Mədəniyyət İdarəsinin kollektivi Prezident cənab İlham Əliyevin Tovuz rayonuna səfəri çərçivəsində martın 4-də açılışında iştirak etdiyi Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində ilk tədbirini keçirdi. Muzeyin konfrans zalında baş tutan tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə bölgəmizdə inşa olunan Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin dövlətin aşıq sənətinə, milli mədəniyyətimizə diqqət və qayğısının bariz nümunəsi olduğunu, bu muzeyin dünyada analoqu olmadığını qeyd etdi. Mədəniyyət işçilərinin iştirakı ilə keçirilən tədbirdə idarə rəisi muzeyin gələcək fəaliyyəti, kadr məsələləri və digər məsələlərlə bağlı tövsiyyə və tapşırıqlarını verdi.
Sonra tədbir iştirakçıları muzeyə ekskursiya edərək aşıq sənətini təcəssüm etdirən otaqlar və eksponatlarla tanış oldular.
Sonda xatirə şəkli çəkdirildi.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi

Daxil olundu: 05.03.2020 » Oxundu: 1814
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!