"Vətən müharibəsində Ali Hərbi Məktəbin müəllim-zabit, komandir heyəti ilə ilə yanaşı 4-cü kursda təhsil alan kurstaları da iştirak edib. Bu kursda oxuyanlara "kiçik leytenant" hərbi rütbəsi verilmişdi".

Bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, general-mayor Fizuli Salahov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan qələbədə iştirak edən məktəbin 600 nəfərə yaxın hərbi qulluqçusundan 10 nəfər şəhid olub, 23 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar: "Şəhid olanlardan 5-i zabit müəllimlər, 5-i isə 4 kursdan müharibəyə göndərilən kiçik leytenantlardır. Ali Hərbi Məktəbin müəllimi, şəhid polkovnik Nudirəliyev Zaur İsmayıl oğlu ən yüksək "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb".

Daxil olundu: 11.02.2021 » Oxundu: 537
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!