Elmi müəssisələrdə çalışan sıravi əməkdaşlar və fəlsəfə doktorları üçün nisbətən yuxarı yaş həddi (məsələn, 65-70 və 70-75) müəyyən edilə bilər.

Bununla bağlı AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev təkliflə çıxış edib.

O qeyd edib ki, müstəsna hallarda işçilərin ümumi sayının müəyyən faizindən çox olmamaq şərtilə 1 illik müqavilə ilə işə cəlb etmək hüquqi verilməlidir: "Elmlər doktorları üçün yaş həddi fəlsəfə doktorlarına nisbətən daha yuxarı ola bilər. Eyni zamanda elmi işçilərin təqaüd təminatı bir qədər də yaxşılaşdırılmalıdır".

Daxil olundu: 14.03.2022 » Oxundu: 724
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!