Türkiyənin Ankara şəhərində EYUDER - Eğitim Yöneticileri ve Uzmanları Derneği, TOBB ETÜ Ekonomi ve Teknoloji Üniversitesi ve Southerin Connecticut State Universitetin birgə təşkilatçılığı ilə EYFOR XII Uluslararası Eğitim Yönetimi Forumu keçirilmişdir. Foruma Azərbaycanın 18 nəfərdən ibarət məqalə təqdim edərək müsabiqədən keçən təhsil işçisi dəvət edilmişdir. Həmin dəvətə əsasən 16 nəfərdən ibarət müxtəlif regionlardan olan heyət Ankaraya yola düşmüşdür. Keçirilən yüksək səviyyəli kongresdə Azərbaycanı təmsil edən Azərbaycan müəllimləri müxtəlif formatda konqresdə poster və sözlü bildirilərlə məqalələrini təqdim etmişdilər. Eyni zamanda Ankara şəhərinə gələ bilməyən təhsil işçiləri isə məqalələrini onlayn şəkildə təqdim etmişdilər. Kongres ilk olaraq azərbaycanlıların da iştirak etdiyi Türkiyənin Böyük Öndəri Mustafa Kamal Atatürkün məzarını ziyarətlə başlamışdır. Daha sonra açılışda kongresə qatılan Azərbaycan müəllimləri böyük ehtiramla kongres təşkilatçıları tərəfindən salamlanmışdır. Açılış tədbirindən sonra müxtəlif panellərdə kongres işini davam etdirmişdir. Müxtəlif panellərdə iştirak edən Azərbaycan müəllimləri biri-birindən maraqlı məqalələr dinləmiş, poster və atolye təqdimatlarında yaxından iştirak etmişdilər. Eyuder Eyfor kongresində hər il ənənəvi olaraq mükafatlandırma mərasimi keçirilir. Mükafatlandırma mərasimində bu il ilk dəfə Azərbaycandan gələn təhsil işçilərinə özəl olaraq “Altın meşale”mükafatı ilk dəfə azərbaycanlı müəllimlərə də təqdim edilmişdir. Daha sonra İmişli rayonundan kongresə qatılmış Cəbrayıl Şirəliyev müəllifi olduğu kitabını Eyuder Genel Başkanı Adem Çilek bəyə təntənəli şəkildə təqdim etmişdir. Ankarada keçirilən kongresin panellərində Azərbaycandan qatılan Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Gülnurə Babaşova moderator olaraq müxtəlif panellərə sədrlik etmişdir. Kongresin sonunda Eyuder Azərbaycan təmsilçiliyində vəzifə alan 5 nəfərdən biri Gülnurə Babaşova rəsmi olaraq Eyuder Azərbaycanın tək başkanı təyin edilmişdir. 12.09.2021-ci ildə Kongres təntənəli şəkildə bağlanış etmiş və Eyuder Başkanı Adem Çilek Azərbaycandan olan təhsil işçilərinin iştirakından çox məmnun olduğunu və qarşıdakı illərdə də keçiriləcək növbəti Eyfor Kongresində qardaş Azərbaycandan olan təhsil işçilərinin iştirak etmələrini arzuladığını səmimi ifadə etmişdi. Kongresdə əyani şəkildə iştirak edib sertifikat alan Azərbaycan iştirakçılarının adlarını sizə təqdim edirik.
1. Bakı Slavyan Universiteti nəzdində məktəb liseyin müəllimi Ruhəngiz Qəribova
2.Bakı şəhər Təhsil İdarəsi
Cəmilə Əsgərova-Bakı şəhər Nizami rayon 62 saylı tam orta məktəb
3.Bakı Slavyan Universiteti
Türk araşdırmalar tədris-mədəniyyət mərkəzinin müdiri Ziyafət Qasımova
4.Şamaxı rayon Təhsil Şöbəsi
1.Babaşova Gülnurə-Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin direktoru
2.Vəfa Vahidova- Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin müəllimi
3.Şəfa Hacıyeva- Şamaxı 2 saylı tam orta məktəbin təlim tərbiyə işləri üzrə müdir müavini
4.Şahbazova Yeganə- Şamaxı şəhər 10 saylı tam orta məktəbin müəllimi
5.Gözəlov Zaur- Şamaxı rayon Şərədil kənd tam orta məktəbin müəllimi
5.İmişli Rayon Təhsil Şöbəsi
1. Şirəliyev Cəbrayıl İmişli rayon Xançoban kənd tam orta məktəbin müəllimi
2.Şirəliyeva Validə İmişli rayon Otuziki kənd tam orta məktəbin kitabxanaçısı
6.Qobustan rayon Təhsil Şöbəsi
1. Aynur Axundova Qobustan rayon Cəyirli kənd tam orta məktəbin müəllimi
7.Şəki rayon Təhsil Şöbəsi
1.Ümmü Süleymanova – Şəki şəhər 10 saylı tam orta məktəbin müəllimi
2.Əhmədova Elnarə-Şəki Zəyzid kənd tam orta məktəb
8.Kürdəmir rayon Təhsil Şöbəsi
Günəş Xudiyeva - Kürdəmir şəhər 3 saylı tam orta məktəbin müəllimi
9.Cəlilabad rayon Təhsil Şöbəsi
Elçin Abbasov Cəllilabad rayon Alar kənd 2 saylı tam orta məktəbin müəllimi
10.Tovuz rayon Təhsil Şöbəsi
Vəliyeva Səlmi – Tovuz şəhər Nəsrəddin Tusi adına tam orta məktəb liseyin müəllimi

Kriteri.az

Daxil olundu: 25.09.2021 » Oxundu: 1177
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!