Keçmiş deputat, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə koronavirusa yoluxub.

Kriteri.az APA-ya istinadən məlumat verir ki, A.Əlizadə "Yeni klinika"ya yerləşdirilib.

Onun həyat yoldaşı da COVID-19-a yoluxub.

Keçmiş deputatın köməkçisi olmuş Günel Babayeva APA-ya açıqlamasında faktı təsdiqləyib. G. Babayeva bildirib ki, A. Əlizadənin vəziyyəti stabildir, müalicəsi "Yeni klinika"da davam etdirilir. A. Əlizadənin həyat yoldaşının vəziyyəti isə yaxşıdır, sabah evə buraxılması gözlənilir.

Daxil olundu: 28.07.2020 » Oxundu: 719
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!