Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyaların məqsədini açıqlayıb.

O, bu barədə tviter səhifəsində yazıb.

“Son sanksiyalar Rusiya Silahlı Qüvvələrinin Buçada və digər yerlərdə törətdikləri vəhşiliklərdən sonra tətbiq edildi. Sanksiyalarımızın məqsədi Rusiya qoşunlarının ehtiyatsız, qeyri-insani və aqressiv davranışını və Ukraynaya qarşı qanunsuz təcavüzünü dayandırmaqdır”, - ali nümayəndə bildirib.

Daxil olundu: 08.04.2022 » Oxundu: 380
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!