15 Oktyabr tarixindən başlayaraq Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa Şurası idmana məsul nazirlərin sayca 15-ci toplantısı öz işinə başlayıb.

Kriteri.az xəbər verir ki, "İdmanda insan haqlarının qorunması: Öhdəliklər və məsuliyyətin bölünməsi” başlığı altında keçirilən, 320-dən çox iştirakçının qatıldığı toplantıda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edir.

Toplantıda qeyd edilib ki, əsas məqam idmanda iştirak və mövcudluğun İnsan haqları vasitəsi ilə təbliğ olunmasıdır. İdmançıların hüquqlarının qorunması, dopinqdən istifadənin qarşısının alınması, ictimaiyyətin hər bir təbəqəsindən olan vətəndaşların idmanla aktiv məşğul olmaları üçün daha geniş imkanların yaradılması müzakirə mərkəzində olub. Bununla yanaşı, idmanda insan haqlarının müdafiəsi, məsuliyyət və ümumi öhdəliklər, idmanda korrupsiyaya qarşı mübarizə və fəaliyyətin aktivləşdirilməsi də müzakirə olunan əsas məsələlər sırasında olub.

Qeyd edək ki, konfransin acilişinda Avropa Şurasinin Bas Katibinin müavini xanim Gabriela Battaini – Dragoni, gurcustanın baş Naziri Mamuka Baxtadze, Avropa Şurasinin Nazirlər Komitəsinin Başçılığını təmsil edən, Xorvatiyanın Idmana dair Mərkəzi Dövlət ofisinin Baş katibi xanım Janica Kostelic, Avropa Olimpiya komitəsinin Prezidenti cənab Janez Kocijàncic və digər rəsmilər iştirak edir.

Daxil olundu: 16.10.2018 » Oxundu: 692
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!