Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb.
Kriteri.az xəbər verir ki, dəyişkiliyə görə, məhsul nümunələrinin tədqiqi (sınağı) “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən bu növ işlərin aparılması üçün akkreditasiya edilmiş istənilən laboratoriyalarda və ya digər təşkilatlarda aparıla bilər.

Əvvəlki redaksiya

Maddə 27. Məhsul nümunələrinin tədqiqini (sınağını) aparan laboratoriyalar və digər təşkilatlara dair tələblər

27.1. Bu Qanunun 27.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla məhsul nümunələrinin tədqiqi (sınağı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu növ işlərin aparılması üçün akkreditasiya edilmiş istənilən laboratoriyalarda və ya digər təşkilatlarda aparıla bilər.
27.4. Hər yoxlayıcı orqan öz nəzarət sahəsinə aid olan aşağıdakı laboratoriyaların və digər təşkilatların siyahısını rəsmi internet saytında yerləşdirir:
27.4.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq məhsul növlərinə uyğun tədqiqlərin (sınaqların) aparılması üçün akkreditasiya edilmiş;

Yeni redaksiya

27.1. Bu Qanunun 27.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla məhsul nümunələrinin tədqiqi (sınağı) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)​ tərəfindən bu növ işlərin aparılması üçün akkreditasiya edilmiş istənilən laboratoriyalarda və ya digər təşkilatlarda aparıla bilər.
27.4. Hər yoxlayıcı orqan öz nəzarət sahəsinə aid olan aşağıdakı laboratoriyaların və digər təşkilatların siyahısını rəsmi internet saytında yerləşdirir:
27.4.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq məhsul növlərinə uyğun tədqiqlərin (sınaqların) aparılması üçün akkreditasiya edilmiş;
Qanunun 27.1-ci və 27.4.1-ci maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs həyata keçirir.

Kriteri.az

Daxil olundu: 12.11.2018 » Oxundu: 1160
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!