Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Məhərrəm Məmmədlinin «Azərbaycan dialektologiyası» (Bakı, 2019, 352 s.) adlı kitabı işıq üzü görmüşdür. Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Məmmədəli Qıpçaq, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Əzizxan Tanrıverdi, və filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov və filologiya üzrə fəlsəfə doktoru, dosent Gülxanım Vəliyevadır. Nəzərə alsaq ki, akademik Məmmədağa Şirəliyevin ali məktəblər üçün 1962-ci ildə nəşr olunmuş «Azərbaycan dialektologiyasının əsasları» adlı dərs vəsaitinin yazılmasından 57 il keçmişdir, professor Məhərrəm Məmmədlinin «Azərbaycan dialektologiyası» dərsliyi dialektologiya elmi üçün əvəzsiz bir töhfədir. Belə ki, «Azərbaycan dialektologiyası» kitabı müasir tələblər əsasında hazırlanaraq «Giriş»də dialektologiyanın nəzəri məsələlərindən bəhs olunmuş, ümumilikdə dərslik «Fonetika», «Morfologiya», «Sintaksis», «Leksika» və «Söz yaradıcılığı» bölmələrindən ibarətdir. Qeyd edək ki, əvvəlki dərslikdən fərqli olaraq burada «Söz yaradıcılığı» bölməsi də öz əksini tapmışdır. Əsərdə həmçinin Azərbaycanın etnocoğrafiyasındakı dialektlərin xüsusiyyətləri ümumiləşdirilmiş, müasir ədəbi dillə, digər türk dilləri və dialektlərinin, eləcə də yazılı abidələrin materialları ilə müqayisə olunmuşdur.
Kitabdan ali məktəblərin filologiya fakültələrinin tələbələri, magistrlər, bu sahədə çalışan mütəxəssislər istifadə edə bilərlər.

Kriteri.az

Daxil olundu: 26.02.2019 » Oxundu: 2978
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!