AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qəmbərovanın «Azərbaycan dilinin Neftçala rayon şivələri» (Bakı, Savad nəşriyyatı, 2020, 296 s.) kitabı çapdan çıxmışdır. Kitabın elmi redaktoru tanınmış dialektoloq, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Güntəkin Binnətova, filologiya üzrə fəlsəfə doktoru, dosent Kübra Quliyevadır.
Monoqrafiya Azərbaycan dilinin Muğan qrupu şivələrinə daxil olan Neftçala rayon şivələrinin səciyyəvi xüsusiyyətlərinə həsr olunmuşdur.
Kitab ön söz, giriş, iki fəsil və şivənin dil xüsusiyyətlərinə aid bədii mətnlərdən ibarətdir. Ön sözdə Neftçala rayonunun fiziki və iqtisadi coğrafiyası elmi-publisistik üslubda təqdim olunur. Girişdə Neftçala rayon şivəsinin Azərbaycan dialekt sistemində yeri və tədqiqat tarixindən müfəssəl şəkildə bəhs olunur.
I fəsildə Neftçala rayon şivələrinin fonetik, morfoloji, sintaktik və leksik səciyyəviliyini əks etdirən konkret məsələlər işıqlandırılır. II fəsildə rayon şivələrinin təxminən 4500 sözdən ibarət lüğəti verilmişdir. Mətnlər bölməsində informatorların söylədiyi şivəyə məxsus spesifik mövzular və səciyyəvi şivə əlamətlərinin əks olunması nəzərə alınmışdır.

kriteri.az

Daxil olundu: 19.04.2021 » Oxundu: 1559
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!