Konsepsiyası və Azərbaycan Resbublikası Prezidentinin mədəniyyətin inkişafına dair müvafiq sərəncamlarının icrası, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı növbəti qastrol səfərini uğurla həyata keçirib. 20 iyun 2026-cı il tarixində Lənkəran Dövlət Dram Teatrının kollektivi Şəki şəhərində uğurlu qastrol səfərində olub. Teatr kollektivi Şəki Dövlət Dram Teatrının səhnəsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib. Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynovadır. Tamaşa Şəki tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb, aktyorların peşəkar oyunu, səhnə həlli və əsərin aktual mövzusu tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. Səhnə əsəri rayon ziyalılarının da diqqətini çəkib və tamaşaçılara dərin emosional təsir bağışlayıb. Tamaşadan sonra Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hüseynova səmimi qəbula və göstərilən diqqətə görə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimov və Şəki Dövlət Dram Teatrının direktoru və rejissoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Mirbala Səlimliyə təşəkkürünü bildirib

Daxil olundu: 22.06.2026 » Oxundu: 7
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!