AMEA Nəsimi adına Dilçilik İnstitutunun «Hind-Avropa dilləri» şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İlham Tahirovun «Azərbaycan Respublikasının ərazi vahidlərinin adları ingilis dilində» (Bakı, «Zərdabi Nəşr» MMC, 2022, 248 s.) kitabı çapdan çıxmışdır. Kitabın elmi redaktoru tanınmış dilçi alim, filologiya üzrə elmlər doktoru, professor Həbib Zərbəliyev, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülşən Axundova, «Geodeziya və Kartoqrafiya» MMC-nin direktor müavini Müqabil Bayramovdur. Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 15 dekabr 2021-ci il tarixli qərarı ilə çap olunmuşdur.
Kitabda Azərbaycan Respublikası Nazirlər Kaabinetinin qərarı ilə təsdiq olunmuş «Qaydalar»a əsasən ölkəmizin bütün şəhər və rayonları üzrə ümumilikdə 4592 şəhər, rayon, qəsəbə, kənd ərazi vahidinin adı ingilis əlifbasına transliterasiya edilmişdir. Kitab dövlət orqanları (qurumları), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər, dilçilər, tərcüməçilər, tədqiqatçılar, ümumiyyətlə, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

kriteri.az

Daxil olundu: 11.02.2022 » Oxundu: 1294
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!