AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülşən Axundovanın «Azərbaycan Respublikasının ərazi vahidlərinin adları rus dilində» (Bakı, “Zərdabi Nəşr” MMC, 2022, 380 s.) kitabı çapdan çıxmışdır. Kitabın elmi redaktoru tanınmış dilçi, filologiya üzrə elmlər doktoru, professor Nadir Məmmədli, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor İlham Tahirov, coğrafiya üzrə elmlər doktoru, dosent Yelena Tagiyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlidir.
Azərbaycan Sovet İttifaqının tərkibində olan zaman Azərbaycan dilində olan şəxs, yer və digər adlar digər dillərdə, o cümlədən rus dilində çox zaman təhrif olunmuş şəkildə yazılıb tələffuz olunurdu. Həmin təhriflətin aradan qaldırılmasından ötrü Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müvafiq “Qaydalar” işlənib təsdiq olunmuşdur. Bu “Qaydalar”da Azərbaycan ərasisində mövcud olan bütün ərazi vahidlərin – şəhər, qəsəbə və kənd adlarının rus və ingilis dillərində düzgün transliterasiyasını təmin etmək nəzərdə tutulmuşdur.
Oxuculara təqdim olunan kitabda Azərbaycan Respublikası ərazisində mövcud olan məntəqələrin bütün ərazi vahidlərinin adlarının rus dilində düzgün, müvafiq “Qaydalara” əsaslanan transliterasiyası verilmişdir.
Hazırki kitab müstəqillik dövründə ilk dəfə olaraq Azərbaycan ərazi vahidlərinin rus dilinə transliterasiyasında dilimizin özünəməxsusluğunu mühafizə etmək şərtilə hazırlanmış bir işdir. Təbii ki, bu başlanğıcdır.
Kitab dövlət qurumları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər, dilçilər, tərcüməçilər, tədqiqatçılar və ümumiyyətlə, Azərbaycanla maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

kriteri.az

Daxil olundu: 17.01.2023 » Oxundu: 1040
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!