Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 2 hərbi qulluqçusu şəhid olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 79-a çatıb.

Siyahıya əlavə olunan iki nəfər - baş leytenant Nәcәfzadә Hüseyn Abbasqulu oğlu və әsgәr Omarov Eşqin Nәsib oğludur.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Daxil olundu: 17.09.2022 » Oxundu: 325
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!