Bu il Sahibkarlığın İnkişafı Fondu 130 mln manat məbləğində güzəştli kreditin verilməsini planlaşdırır.

Bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov bildirib.

Onun sözlərinə görə, hər il kredit verilməsində prioritet sahələr müəyyən edilir: “Qeyri-neft sektorunun əksər sahələrinə prioritet olaraq baxırıq. Aqrar, sənaye, turizm kimi sahələr daim prioritet olub. Lakin biz bu siyahıya tikinti, dağ mədəni, logistika, sərnişin daşınma əlavə edilib. Dayanıqlıq, yaşıl iqtisadiyyat, ekoloji vəziyyətin yaxşılaşdırılması və rəqəmsallaşmaya aid bizneslər də prioritet mövzulardır”.

K. Nəfəfov pandemiya zamanı zərər çəkən sahələr üzrə zəmanətli kreditlərin verilməsi məsələsinədə toxunub: “Planımız budur ki, zəmanətlə 370 mln manat məbləğində kredit verək. Keçən il bu göstərici 148 mln manat olub. Çünki ötən il bu sxem yarım il işləyib”.

Xatırladaq ki, 2020-ci ildə Sahibkarlığın İnkişafı Fondu 908 layihəyə 126,9 milyon manat güzəştli kredit ayırıb.

Daxil olundu: 09.02.2021 » Oxundu: 572
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!