Azərbaycanda məhkəmə sədri vəfat edib.

Cəbrayıl Rayon Məhkəməsinin sədri Mehman Nuriyev uzun sürən xəstəlikdən sonra 63 yaşında dünyasını dəyişib.

O, Biləsuvar rayonu ərazisində yerləşən qəbiristanlıqda dəfn edilib.

Qeyd edək ki, M.Nuriyev 1958-ci ildə Biləsuvar rayonunda anadan olub. O, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib və həmin ildən də prokurorluq və məhkəmə orqanlarında müxtəlif vəzifələrdə işləyib. M.Nuriyev 2020-ci ildən Cəbrayıl Rayon Məhkəməsinin sədri vəzifəsində çalışırdı.

Daxil olundu: 10.06.2021 » Oxundu: 476
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!