Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yüksək vəzifələrə təyinatlar olub.
Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev məlumatı təsdiqləyib.
Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadovun vəzifədən azad olunması haqqında müvafiq sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Sabir Əhmədov Dövlət Komitəsinin sədr müavini təyin olunub. O, bu təyinata qədər Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb.
Bundan başqa, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının iclası keçirilib. İclasda qəbul olunan qərara əsasən Milli Məclisin deputatı Mahir Abbaszadə fondun direktoru təyin edilib.

Kriteri.az

Daxil olundu: 15.11.2018 » Oxundu: 1562
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!