Deyirlər, Günəş saçaqlarını açan zaman həyat dəyişir, parlaq olur, insanlar çox mehriban və səmimi qürur daşıyırlar. Bu çox doğrudur, çünki biz Azərbaycan ölkəsiyik. ​Budur, Azərbaycan yüksək mədəniyyət timsalında öz yerini tutaraq mədəniyyəti ilə yaşayır və yaradır. Hər zaman mədəniyyət özünü göstərəndə insan istər-istəməz susmağı seçir. Biz bir azərbaycanlı kimi fəxr edirik ki, dövlətimiz zəngin mədəniyyəti ilə hər yerdə seçilir və nümunədir. ​Bu yaxınlarda Azərbaycan ölkəsi cənub qonşumuza humanitar yardım göstərilməsində özünü göstərdi. Dövlətimizin hər bir alicənab hərəkəti digər ölkələrdə anlaşıqlıqla qarşılanır. ​Ali Baş Komandanımız, bizim ağıllı, müdrik diplomat, fateh sərkərdəmiz İlham Əliyev öz fəaliyyət prinsipini bir daha göstərə bildi: "Humanizm bizim üçün sadəcə şüar deyil, fəaliyyət prinsipidir." ​Azərbaycanın bu hərəkəti tarixdə qalacaq və həmişə yaşayacaq. Gələcəkdə bu, tarix olaraq göstəriləcək. Tarixdə atəşə yardım ilə cavab verən az dövlətlər olub. Bu, Azərbaycanın birmənalı qələbəsi idi. Yardım maşınlarının fasiləsiz olaraq, atəşfəşanlıqla, sevinclə cənub qonşularımıza ötüb keçməsi hər bir kəsdə sevinc göz yaşlarına səbəb olurdu. Baxın, bu bizim Azərbaycan xalqımızın mədəniyyəti birmənalı deyilmi?! ​Azərbaycan öz mədəniyyəti ilə, öz varlığı ilə yaşayır, yaradır və yaradacaq. ​

Ofelya Nəzərova

AJB və AYB-nin üzvü

5 kitab müəllifi.

Daxil olundu: 05.09.2026 » Oxundu: 30
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!