Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev abonentlərlə sosial şəbəkə üzərindən növbəti canlı bağlantı edəcək.

Bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilib.

Bildirilir ki, “Azəriqaz” İstehsalat Birliyinin əsas hədəflərindən biri də abonent məmnuniyyətinin təmin olunmasıdır. Bu sahədə təkcə qaz təchizatının normal rejimlərdə həyata keçirilməsi deyil, digər mühüm məqamlara da diqqət ayrılır.

Məlumata görə, abonentlərin rahatlığı üçün bir sıra təşəbbüslər göstərilir.

Qeyd edək ki,Baş direktor Ruslan Əliyevin “Azəriqaz” İstehsalat Birliyinin "Facebook" sosial şəbəkəsi üzərindən növbəti canlı yayımı yanvarın 29-da saat 14:00-da planlaşdırılır. Bu görüşlərin hər həftənin cümə günü təşkili nəzərdə tutulur.

Daxil olundu: 28.01.2021 » Oxundu: 664
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!