Bakıda taksi sürücüsündən qadına qarşı cinayət törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Kriteri.az"a verilən məlumata görə, dekabrın 22-də saat 3 radələrində Abşeron rayon sakini olan xanım "28 Mall” ticarət mərkəzinin qarşısında "Opel” markalı avtomobilə sərnişin qismində əyləşərək Xocasən qəsəbəsi ərazisinə gedəcəyini bildirib.
Sürücü isə onu aldadaraq Sabunçu qəsəbəsi ərazisinə aparmış və döyərək 680 manatını alıb.
Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xanım müştəriyə qarşı soyğunçu hərəkəti törətməkdə şübhəli bilinən Sabunçu qəsəbə sakini Fərhad Əliyev saxlanılıb.

Kriteri.az

Daxil olundu: 24.12.2018 » Oxundu: 864
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!