Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimi vəfat edib.

AzMİU-nun Fövqəladə hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının baş müəllimi Soltan Səbzəliyev onlayn dərs deyən zaman 62 yaşında qəfil ürəktutmadan dünyasını dəyişib.

O, doğulduğu İsmayıllı rayonunun Ruşan kəndində dəfn olunub.

Qeyd edək ki, Soltan Səbzəliyev 25 ildən artıq AzMİU-da çalışıb.

Daxil olundu: 08.04.2021 » Oxundu: 522
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!