Türkiyənin Əskişəhər Osmanqazi Universitetində X Uluslararası Dünya Dili Türkcə Simpoziumu keçirilib. Ənənəvi olaraq hər il təşkil edilən simpoziuma dünyanın müxtəlif ölkələrindən çoxsaylı elm adamı qatılıb. Bu mötəbər tədbirdə Bakı Dövlət Universitetini Türkologiya kafedrasının dosenti, həmçinin X Uluslararası Dünya Dili Türkcə Simpoziumunun təşkilat komitəsinin üzvü Qızılgül Abdullayeva uğurla təmsil edib.
Simpoziumun açılış mərasimində türk dünyasının görkəmli dilçi alimləri, professorlar - A.B.Ercilasun, D.Yıldırım, L.Karahan və başqaları çıxış edərək türk dilinin zəngin imkanlarından, böyük coğrafiyaya malik ünsiyyət dili olmasından danışıb, bu istiqamətdə qarşıda dayanan əsas vəzifələrdən və perspektivlərdən söz açıblar.
Açılış mərasimindən sonra bölmə iclasları öz işinə başlayıb. Dosent Qızılgül Abdullayevanın “XVII əsr Azərbaycan ədəbi dilində dialekt leksikasının tarixi təzahürü” adlı məruzəsi böyük maraqla dinlənilib.
Tədbirin bağlanış mərasimində Azərbaycan nümayəndə heyəti adından BDU-nun Türkologiya kafedrasının dosenti Q.Abdullayeva çıxış edib. Sonda təmsilçimizə təşkilat komitəsi tərəfindən sertifikat və xatirə hədiyyələri təqdim olunub.

Kriteri.az

Daxil olundu: 23.10.2018 » Oxundu: 1425
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!