BDU-nun Filologiya fakültəsində “Dünyada rus dili səfirləri” ekspedisiyası çərçivəsində bu proqramın könüllüləri Sereykina Mariya və Antsifrova Larisa tərəfindən Azərbaycan bölməsində təhsil alan I kurs tələbələri arasında rus dili üzrə viktorina və Kazan Federal Universitetinin dosenti Salahova Ayqul tərəfindən rus bölməsinin III kurs tələbələri arasında L.Tolstoyun yaradıcılığına həsr olunmuş dərs-viktorina keçirilib.
“Dünyada rus dili səfirləri” ekspedisiyası Kazan Federal Universiteti və Puşkin adına Dövlət Rus Dili İnstitutunun ayırdığı qrant əsasında təşkil olunub. Ənənəvi səfir proqramı - “Rus dilində dialoqlar” intellektual oyunu rus dilini xarici dil kimi seçən Filologiya fakültəsinin Azərbaycan bölməsinin I kurs tələbələri üçün əsl sınaq olub. Tələbələr komanda şəklində tapşırıqların öhdəsindən gəlib, rus dili və mədəniyyəti sahəsində öz biliklərini nümayiş etdiriblər. Nəticələr gözləniləndən də yüksək olub.
Həmçinin kazanlı qonaq XIX əsr rus klassiklərinin yaradıcılığını öyrənən rus bölməsinin III kurs tələbələri ilə dərs-viktorina keçirib. Dərs-viktorina tələbələrə Lev Nikolayeviç Tolstoyun həyatı, yaradıcılığı və fəlsəfəsi haqqında təsəvvürləri yeni detallarla zənginləşdirməyə və öz biliklərinin yoxlamağa imkan verib.
Qonaqlar viktorinanın nəticələrindən razı qalıb və qeyd ediblər ki, məhz belə görüşlərdə uzunmüddətli və məhsuldar əməkdaşlığın təməli qoyulur.

Kriteri.az

Daxil olundu: 17.12.2018 » Oxundu: 1319
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!