Bu il noyabrın 18-dən 20-nədək Qazaxıstanın Türküstan şəhərində yerləşən Türk Akademiyasının təşkilatçılığı ilə Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetində “Türk dünyasında sakral məkanlar və böyük şəxsiyyətlər” mövzusunda elmi simpozium keçirilmişdir. Beynəlxalq simpoziuma dünyanın müxtəlif ölkələrindən görkəmli dilçi alimlər və türkoloqlar qatılıb. Bu mötəbər tədbirdə ölkəmizi təmsil edən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər türkologiya sahəsində xidmətlərinə görə Türk Akademiyasının təsis etdiyi “Vilhelm Tomsen” adına medalla təltif olunub. Həmçinin professor Ramiz Əskər simpoziumda məruzə ilə çıxış etməklə yanaşı, universitetin Türkoloji Araşdırmalar İnstitutunda Azərbaycanda türkologiyanın inkişaf tarixi və müasir vəziyyəti haqqında mühazirə oxuyub.

Kriteri.az

Daxil olundu: 22.11.2018 » Oxundu: 1231
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!