Müqəddəsdir,təmizdir

Bizim ana dilimiz

Vətən qədər əzizdir

Bizim ana dilimiz.

Zirvədən enməyəcək,

Günəştək sönməyəcək,

Yolundan dönməyəcək

Bizim ana dilimiz.

Qədimdən qədim yaşı,

Bunu anlamaz naşı,

Vətənin vətəndası

Bizim ana dilimiz.

             İlahidən Gələn Səs

Mənə bir həvəs cəldi,

Şeirlər yazdım sənə.

İlahidən səs cəldi,

Seirlər yazdım sənə.

Ömür var ki, bərbaddır,

Sevgi ona tam yaddır.

Sevgin mənə həyatdır,

Şeirlər yazdım sənə.

Gözəlsən incə belli,

Gülüzlü, şirin dilli.

Mehribansan, bu bəlli,

Şeirlər yazdım sənə.

            BU AYRILIQ İÇİNDƏ

Hec bilmirəm hardayam

Bu ayrılıq icində,

Borandayam, qardayam

Bu ayrılıq icində.

Ömrum dolu bir yagış,

Tukənirəm, gəl barış,

Sevinc olub bir qarış

Bu ayrılıq icində.

Ahım göylərə çatır...

Dərd mənimlə baş qatır

Ümidim itib-batır

Bu ayrılıq icində.

        MƏNƏ DOĞRU GƏLƏN İNSAN

Arzuların təməlidir

Mənə dogru cələn insan.

Allahın xoş əməlidir

Mənə dogru cələn insan.

Qəlbi gözəl gül bağıdır,

Könüllərin qonağıdır,

Məhəbbətin ortağıdır,

Mənə dogru cələn insan.

Zaman eşqi qoruyur tam,

Pisliklərə verir xitam.

Çəkinmə, gəl yenə mudam,

Mənə dogru cələn insan.       

Ofeliya Nəzərova

AYB və AJB nin üzvü

Qızıl qələm ,

Araz mukafatı və 5 kitab müəllifi

 

Daxil olundu: 06.08.2026 » Oxundu: 16
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!