Koronavirus xəstələrinin müalicəsi üçün xüsusi rejimdə çalışan Cəlilabad Rayon Mərkəzi Xəstəxanası (RMX) digər xəstələrin qəbulu üçün fəaliyyətini yenidən bərpa edib.

"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, artıq tibb müəssisəsində digər pasiyentlərin qəbuluna başlanılıb.

Qeyd edək ki, Cəlilabad RMX Azərbaycanda pandemiyanın başladığı ilk günlərdən etibarən koronavirus xəstələrinin müalicə olunduğu xüsusi rejimli xəstəxana kimi fəaliyyət göstərib.

Sözügedən tibb müəssisəsi fəaliyyətini ənənəvi qaydada bir neçə dəfə davam etdirməyə başlasa da, sonradan koronavirusa yoluxanların sayının artması ilə əlaqədar olaraq yenidən karantin xəstəxanasına çevrilib.

Tibb müəssisəsinin xüsusi rejimli xəstəxana kimi fəaliyyət göstərdiyi müddətdə yalnız COVID-19-a yoluxan şəxslər qəbul edilib. Bu zaman xəstəxanadakı müvafiq şöbələr ətrafdakı tibb ocaqlarına köçürülüb.

Daxil olundu: 30.09.2021 » Oxundu: 469
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!