Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb.

C.Bayramovun “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Asiyanın Ürəyi - İstanbul Prosesi” adlı regional platforma 2011-ci ildə Əfqanıstan və Türkiyənin təşəbbüsü ilə yaradılıb. Bu format Əfqanıstanda və bütövlükdə bölgədə sabitlik, sülh və firavanlığı təşviq etmək üçün siyasi dialoq və regional əməkdaşlıq üçün bir platformadır. “İstanbul Prosesi”nin iştirakçıları Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan və Birləşmiş Ərəb Əmirlikləridir.

Daxil olundu: 29.03.2021 » Oxundu: 474
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!