Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev həftənin cümə axşamı, 16 iyulda sərəncam imzalayıb.
Onun yerinə isə Azərbaycanın 7-ci XİN başçısı kimi hazırki Təhsil naziri Ceyhun Əziz oğlu Bayramov təyin edilib. C.Bayramov Təhsil naziri vəzifəsindən digər sərəncamla azad edilib.
Xatırladaq ki, ölkə Prezidenti ötən gün XİN başçısı olan E.Məmmədyarovu Azərbaycanın Ermənistanla Tovuz rayonu ərazisindəki sərhəddə baş verən toqquşma zamanı bir çox güc stukturları ilə tez-tez əlaqə yaratsa da, onu “yerində tapa ” bilmədiyini deyərək sərt tənqid etmişdi.

Kriteri.az

Daxil olundu: 16.07.2020 » Oxundu: 805
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!