Ekologiya və Təbii Sərvətlər Nazirliyin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Biləsuvar rayonu ərazisində keçirdikləri reyd zamanı icazəsiz ov edən şəxsləri saxlayıblar.

Bu barədə nazirlikdən məlumat verilib.

Araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Şövqi Ağayev və Cavad Xankişiyev olduğu müəyyən edilib. Onlardan 2 ov tüfəngi və ovlanmış 3 cürə quşu götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən ümumilikdə 2015 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

KRİTERİ.AZ

Daxil olundu: 01.11.2018 » Oxundu: 726
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!