Şirvan Kommunal Kombinatı Müəssisəsinin müdiri Ceyhun Nəcəfovun bu vəzifəyə təyin olunduğu müddətdən o qədər də çox keçməyib. Lakin bu az müddətdə işin təşkilində xeyli irəliləyiş hiss olunmaqdadır. Buna isə Ceyhun müəllim öz təcrübəsi, işə məsuliyyətlə yanaşma texnikası, ən əsası isə rəhbərlik səriştəsi ilə nail olur desək, yəqin ki, səhv etmərik.
Ceyhun Nəcəfov 1988-ci ilin avqust ayında Şirvan şəhərində dünyaya gəlib. Orta təhsilini doğulduğu şəhərdə aldıqdan sonra Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub. Ali təhsilini başa vurduqdan sonra Şirvan Qaz idarəsində əmək fəaliyyətinə başlayıb. Daha sonra «Qara su» Əməliyyat Şirkətində, sonra isə rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ilin mart ayında Şirvan Kommunal Kombinatı Müəssisəsinə müdir təyin edilib.
Müəssisədə hazırda «Dost» xidmətindən 252, idarədən isə 118 işçi qüvvəsi çalışır. Müəssisə bütün lazımi texnikalarla təmin edilib. Müəssisənin işi haqqında daha geniş məlumut verən Ceyhun müəllim bildirdi ki, bərk məişət tullantılarının daşınması, rayonun sanitar təmizliyinin tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi, tullantıların müxtəlif özəl müəssisələr və fiziki şəxslər tərəfindən pərakəndə, texniki normativlərə cavab verməyən formada daşınaraq rayonun qadağan olunan yerlərinə atılmasının qarşısının alınması, qeyri-qanuni zibil poliqonlarının yaradılması, eyni zamanda dövlət tərəfindən alınmış kommunal təyinatlı avtomaşınlardan daha səmərəli istifadə olunması Kommunal Kombinatı Müəssisəsinə həvalə etmişdir.
Ceyhun müəllim öz söhbətində Şirvan rayon İH-nin başçısı İlqar Abbasovdan xüsusi razılıq etdi və bildirdi ki, İlqar müəllim bu sahəyə həmişə xüsusi nəzarət edir.
Ceyhun müəllim həm də gözəl ailə başçısıdır. O, bir övlad atasıdır. Dövlətmizə və dövlətçiliyimizə bağlı olan Ceyhun müəllimin fikirləri də çox maraqlıdır O, deyir: «Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ölkəmizin sosial-iqtisadi həyatında baş verən köklü dəyişikliklər, dünya iqtisadi məkanına sürətlə inteqrasiya, iqtisadi quruculuq sahəsində davamlı makroiqtisadi stabillik və iqtisadi artım vətəndaşlarımızın maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Aparılan aktiv və çevik sosial müdafiə tədbirləri, uğurlu islahatlar ölkəmizin malik olduğu iqtisadi potensialı reallaşdırmağa, qarşıya qoyulan məqsədlərə, eyni zamanda sabit inkişafa və davamlı tərəqqiyə nail olmaq üçün əhəmiyyətli rol oynayıb.
Hazırda dövlətimizin əldə etdiyi ən böyük uğur qazandıbımız möhtəşəm Qələbədir. Üzümü ölkə başçısına tutub demək istərdim ki, 30 ildir işğal altında olan torpaqlarımız sizin uzaqgörən siyasətiniz və rəşadətli ordumuz tərəfindən azad edildi. Xalqımız sizə ürəkdən inanaraq ətrafınızda sıx birləşdi. Sizsə bu inama arxalanaraq torpaqlarımızı işğaldan azad etdiniz. Bu 44 günlük «Zəfər tariximizdə» Siz, həmçinin bütün dünyaya Azərbaycanın gücünü və qüdrətini göstərdiniz. Düşmən ölkənin baş nazirindən fərqli olaraq dərin zəkanıza və tarixi biliklərinizə əsaslanaraq dünyanın bir çox ölkələrindən gələn jurnalistlərə həqiqətləri faktkarla sübut etdiniz. Bu isə Sizin yüksək idarəçilik bacarığınızdan və dünyagörüşünüzdən irəli gəlir. Biz inanırıq ki, Sizin Qarabağ üçün nəzərdə tutduğunuz layihələr tezliklə reallaşacaq və bu layihələr sayəsində ölkəmizin iqtisadiyyatı, kənd təsərrüfatı potensialı yaxşılaşacaq. Bütün bunlar isə hər bir ölkə vətəndaşını hansı sahədə çalışmasından asılı olmayaraq ruhlandırır və daha yaxşı işləməyə sövq edir».

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 25.04.2021 » Oxundu: 667
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!