AMEA Nəsimi adına Dilçilik İnstitutu Nəzəri dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Zemfira Əliyevanın «Dil sisteminin konseptuallaşma və kateqoriyalaşma problemləri» (Bakı, «Zərdabi NƏŞR» MMC, 2022, 320 s.) monoqrafiyası çapdan çıxmışdır. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, dosent Nərmin Əliyeva, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Allahverdiyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Bayramovadır.
Əsər dil sisteminin konseptuallaşma və kateqoriyalaşma problemlərinə həsr olunmuşdur.
Kitab «Dildə konseptuallaşma problemləri» - I, «Fəlsəfi məkan kateqoriyasının linqvo-semiotik təhlili» - II hissələrdən, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
Kitabdan universitet tələbələri, magistrləri, doktorantlar, elmi işçilər və müəllimlər istifadə edə bilərlər.

kriteri.az

Daxil olundu: 29.01.2023 » Oxundu: 819
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!