Hörmətli oxucular, gündəlik metrodan istifadə edən şəxs olaraq hər zaman karta pul qoyarkən məni bir məsələ düşündürür - 1, 3, 5 qəpiklik respublikamızda dövriyyədə olduğu halda, nədən dövlət qurumlarımızdan biri olan mero kartına pul yüklədiyimiz zaman üstümüzdə olan müvafiq 1, 3, 5 qəpiklikləri kartımıza niyə metro kartı üçün qoyulan aparat qəbul etmir. Hətta dəfələrlə sosial şəbəkələrdə 1, 3, 5 qəpikliklər yol pulunu sərnişinlər ödəmək istəyərkən avtobus sürücüləri ilə aralarında qalmaqalların, davaların şahidi oluruq. Təbii ki, bu zaman aidiyyatı üzrə dövlət qurumlarının rəsmi şəxslərində fikirlərini öyrənən zaman onlar qəti şəkildə bildirirlər ki, sürücü düzgün etmir - 1, 3, 5 qəpikliklər də dövlətimizin puludur onu qəbul etməməyi sürücünün səhvi kimi qələmə verirlər. O zaman sual oluna bilər - bəs bütün metrolarda müvafiq qurum tərəfindən quraşdırılan aparat tərəfindən ödənişin 1, 3, 5 qəpikliklərdən deyil, 10 qəpikdən başlanması kimlərin şəxsi maraqlarına xidmət edir? şəkilə diqqət etdiyiniz zaman bunun əyani şahidi olarsınız. Açıq-aşkar yazılıb ki, qəbul edilən pullar 10, 20, 50 qəpik. Əgər 1, 3, 5 qəpikliklər bu qədər gərəksizdirsə, nədən milyonlarla vəsait xərclənib bu xırda qəpiklər istehsal edilərək dövriyyəyə buraxılıb?
Ümid edirik ki, aidiyyatı dövlət qurumlarımız bu haqda düşünərlər...

Kriteri.az

Daxil olundu: 30.07.2019 » Oxundu: 1666
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!