İsmayıllı 3 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin rəisi Elxan Cavadov 2 ildir ki, bu vəzifədə çalışır. Az müddətdə işləməsinə baxmayaraq, özünü bacarıqlı bir mütəxəssis, səriştəli bir rəhbər işçi kimi təsdiqləyə bilib. Əsas iş prinsipi təhsil sisteminin maliyyə məsələləri bağlı olan mərkəz Şamaxı, Qobustan, Ağsu, İsmayıllı rayonlarını əhatə edir.

Məlumat üçün bildirək ki, Elxan Cavadov Qobustan şəhərində anadan olub. Orta məktəbi Bakıda bitirib. 1991-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş 1995-ci ildə ali təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikası Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Dövlətimizin təhsilə olan diqqət və qayğısından söz açan Elxan müəllim qeyd edir ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı sütunlar üzərində qurmuşdur. Ölkə başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğısı bir daha təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prioritetlərindəndir. Son illərdə respublikamızda bundan öncəki dövrlərdə olmayan qədər məktəblər tikilib, bir çox məktəblər üçün isə yeni korpuslar inşa olunub. Bu proses ölkəmizin ən ucqar bölgələrini belə əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Bu gün Azərbaycanda təhsilə qayğı özünün ən yüksək səviyyəsindədir desək, heç də yanılmarıq. Respublikamızda təhsilə diqqət və qayğı hələ ötən əsrin  60-cı illərindən başlayıb. Ümummilli liderimiz Heydər Əliyevin 1969-cu il iyulun 14-də hakimiyyətə gəlişindən sonra ölkədə bütün sahələrdə olduğu kimi təhsil müəssisələrinin yeniləşdirilməsinə, maddi-texniki bazanın möhkəmləndirilməsinə, təhsilinin keyfiyyəti daha yüksəldi. Bu gün orta məktəblərimizin 90%-dən çoxu kompüter və digər texniki avadanlıqlarla təchiz edilmişdir. İstedadlı və xüsusi qabiliyyətli gənclərin üzə çıxarılmasında, o zaman üçün müasir və yeni sayılan texnologiyaların tətbiqi ulu öndər Heydər Əliyevin daima diqqət mərkəzində olmuşdur.

Xalqımız xoşbəxtdir ki, bu gün ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik ənənələrini onun siyasi davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilərək həyata keçirilir.

 

Gülağa Cəfər

 Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 05.10.2018 » Oxundu: 3503
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!